“Ronaldo artıq o səviyyədə deyil” – Keçmiş futbolçu
“Arsenal”ın sabiq hücumçusu Yan Rayt Portuqaliya millisinin 39 yaşlı forvardı Kriştiano Ronaldonun 2024-cü il Avropa çempionatındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Ronaldonun bu Avropa çempionatındakı çıxışına baxanda, Dioqo Jota Fransa yığmasına qarşı oynamadığına görə üzülməlidir. Ronaldonun performansından gördüm ki, o, artıq o səviyyədə deyil. O, ani hərəkətlər edə və qol vura bilmir. Bir müdafiəçini məğlub etmək onun üçün çətindir”.
39 yaşlı Ronaldo Almaniyada keçirilən Avropa çempionatında 5 oyun keçirib və qol vura bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin