Ronaldonun oğlu “Real”a qayıtdı

“Real”ın keçmiş hücumçusu Kriştiano Ronaldonun oğlu La Liqa təmsilçisinin gənclərdən ibarət akademiyasına qayıdıb.

Komanda.az “La Razon”-a istinadən xəbər verir ki, 12 yaşlı kiçik Kriştiano indiyə qədər atasının çıxış etdiyi klubların uşaqlardan ibarət komandasında çıxış edib (“Real”, “Yuventus” və “Mançester Yunayted”).

O, “Real”ın 14 yaşadək futbolçulardan ibarət komandasında 20 matçda 50-dən çox qol vurmağı bacarıb.

Noyabr ayında Kriştiano Ronaldo “Mançester Yunayted”lə müqaviləsini ləğv edib və hazırda azad agent statusundadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button