Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun oğlu Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasına çağırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, kiçik Ronaldo üçün karyerasında ilk çağırış olub.

Portuqaliya yığması Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə qarşılaşacaq.

15 yaşlı futbolçu “Əl-Nəsr”in gənclər komandasında çıxış edir. O, daha əvvəl “Pozuelo”, “Yuventus” və “Real”ın akademiyalarında forma geyinib.

Kriştiano Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də oynayır. 40 yaşlı futbolçu əvvəllər “Yuventus”, “Mançester Yunayted”, “Real” və “Sportinq”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button