
Ronaldonun Madridə getməsi söz-söhbətə səbəb oldu
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo özünə komanda axtarır, lakin bu, “Real” olmayacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Çempionlar Liqası uğrunda mübarizəni davam etdirmək, altıncı titulunu qazanmaq və qol rekordunu artırmaq istəyir.
Fevral ayında 38 yaşı tamam olan Ronaldo MY-də yaxşı şəxsi statistika göstərsə də, komandanın ötən mövsümdəki ümumi nəticələri qənaətbəxş deyildi. “Mançester Yunayted” Ronaldo ilə vidalaşmaq lazım olduğunu anlamağa başlayıb.
Ronaldonun geri qayıtması “Real”ın da planlarına daxil deyil.
Portuqaliyalı hücumçunun son iki gündür Madriddə olması söz-söhbətə səbəb olub. Lakin onun transferi ilə bağlı heç bir görüş baş tutmayıb. Ronaldo “Real”da və ya “Bayern”də olmayacaq. Münhen klubunun rəhbərliyi futbolçunun dəvət olunması ilə bağlı hər hansı variantı rədd edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin