Ronaldonun komanda yoldaşı “Real”a keçə bilər

İspaniya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun müdafiəçisi Emerik Laport Avropaya qayıda bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Real” ispaniyalı futbolçunu transfer etməkdə maraqlıdır.

“Kral klubu”nun rəhbərliyi yanvar transfer pəncərəsində 30 yaşlı müdafiəçini almağa cəhd edə bilər. Onun bazar dəyəri 20 milyon avrodur. Laportun Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.

Karlo Ançelottinin komandası İspaniya çempionatının 10 turundan sonra turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button