“Əl-Nəsr” Ronaldo ilə vidalaşdığını bu gün rəsmən açıqlayacaq

Kriştiano Ronaldo “Əl-Nəsr”dən ayrılmağa yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bu gün Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu mətbuat konfransı keçirəcək və 40 yaşlı futbolçu ilə yollarını ayırdığını rəsmən açıqlayacaq.

Portuqaliyalı hücumçu 2023-cü ilin yanvardan “Əl-Nəsr”də çıxış edir. O, bu müddət ərzində ümumilikdə 105 oyunda meydana çıxaraq, 93 qol vurub və 19 məhsuldar ötürmə edib.

Ronaldonun karyerasını davam etdirə biləcəyi klublar arasında “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) və “Monterrey” (Meksika) qeyd olunur. Digər tərəfdən, Portuqaliya millisinin sabiq oyunçusu Danni Ronaldonun doğma klubu “Sportinq”ə qayıdış ehtimalını da dəyərləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button