
Ronaldonun çıxış etdiyi çempionatda çempion məlum olub
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında 2022/2023 mövsümünün qalibi məlum olub.
Komanda.az xəbər verir ki, “Əl-İttihad” çempionatda mövsümün bitməsinə bir həftə qalmış çempionluğu rəsmiləşdirib. Komanda 29-cu turda səfərdə “Əl Feyha”nı 3:0 hesabı ilə məğlub edərək ölkənin ən güclüsü olub.
“Əl-İttihad” 29 turdan sonra 69 xal toplayıb və Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr”i 5 xal qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin