Bacısı Ronaldonun ağlaması haqda danışıb

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bacısı Katia Aveiro Avropa çempionatında qardaşının emosional davranışına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun futbola sevgidən irəli gəldiyini deyib:

“Ronaldonun göz yaşları? Belə anları izah etmək çətindir, onları özünüz yaşamalısız. Bu, onun içində yaşayan ehtirasdır. Onun futbola böyük sevgisi var. Bu, uzun illərin mübarizəsinin və əziyyətinin nəticəsidir. Onunla birlikdə ağladıq”.

Avropa çempionatının 1/8 finalında Sloveniya yığması ilə görüşdə Ronaldo qapıçı Yan Oblakı penalti vuruşu ilə məyus edə bilməyib. Bundan sonra 39 yaşlı hücumçu meydanda göz yaşlarına boğulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button