Ronaldonun 2 problemi
Belçika millisinin baş məşqçisi Roberto Martines “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun üzləşdiyi problemlərə toxunub.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, baş məşqçi, Ronaldonun iki probleminin olduğunu bildirib:
“Onun iki problemi var. Birincisi, 37 yaşında olmasıdır. Ona görə də, pis oyun keçirəndə bu, “çox qocalıb” deməkdir və demək olar ki, ona pis oyunlar oynamağa icazə verilmir. Bu il Ronaldonun ikinci problemi baş məşqçinin beş əvəzetmə edə bilməsidir. Ronaldo elə bir dövrdən gəlir ki, 90 dəqiqə oynamasan, bu, oyunçu üçün dezavantaj kimi qəbul edilir. İndi görürük ki, hücumameyilli oyunçular Premyer Liqanın intensivliyinə və xüsusiyyətlərinə görə 90 dəqiqə, bəlkə də, 20 və ya 30 dəqiqə müntəzəm oynamırlar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin