
Ronaldonun 10-cu böyük turniri
Futbol üzrə Portuqaliya millisi DÇ-2022-nin final mərhələsinə yüksəlib. Həlledici pley-off oyununda portuqallar Şimali Makedoniya yığmasına qalib gəlib (2:0).
Komanda.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 10-cu dəfə böyük beynəlxalq turnirdə çıxış edəcək.
37 yaşlı portuqaliyalı futbolçu 2004-cü ildən indiyədək bir dəfə də olsun dünya və ya Avropa çempionatını buraxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin