Ronaldonu “Mançester Yunayted”də qəzəbləndirən məqamlar
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıtmasını fəlakət hesab edir.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” jurnalist Conatan Kleqin gələn ay çıxacaq kitabına istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ronaldo “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Ralf Ranqnikin rəhbərliyi altında komandada keçirdiyi dövrü mənfi qiymətləndirir. Portuqaliyalı futbolçu 2009-cu ildə “Real”a getdikdən sonra Mançester klubunun dəyişməməsinə əsəbiləşib. Hücumçu həm də ona qəzəblənir ki, yalnız bir neçə futbolçu onunla eyni səviyyədə, eyni formada qalıb. Bundan başqa, Ronaldo “Mançester Yunayted”in məşq bazalarına sərmayə qoyulmamasından narazıdır.
Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib və “Real”a keçib. O, 2021-ci ilin yayında İngiltərə klubuna qayıdıb.
Bizi Facebook-da izləyin