Ronaldonu bezdirdiyi deyilən sevgilisindən açıqlama
“Əl Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes onların mümkün ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, Corcina sosial şəbəkədəki paylaşımında “Romeo Santos Si yo muero” mahnısının sözlərindən istifadə edib:
“Paxıl insanlar şayiələr uydurur, dedi-qodular yayır, axmaqlar isə onlara inanır”.
Bundan əvvəl mediada Corcinanın ticarət mərkəzlərində çox vaxt keçirdiyi və külli miqdarda pul xərcləyərək, Ronaldonu bezdirməyə başladığı barədə xəbər yayılmışdı.
Ronaldo və Corcina cütlüyünün bir neçə övladının olmasına baxmayaraq, hələ də evli deyillər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin