“Santyaqo Bernabeu”da oynayarkən, daha çox boşluqlar tapırıq” – Messi

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi La Liqanın 10-cu turundan təxirə salınmış “Real”la oyun barədə açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, “Kamp Nou”da keçiriləcək oyunla bağlı bunları deyib:

“Santyaqo Bernabeu”da oynayarkən, daha çox boşluqlar tapırıq. Rəqib öz meydanında oynayarkən, daha çox hücum etməli olur, azarkeşləri “Real”ı buna məcbur edir. “Kamp Nou”da isə “Real” fərqli oynayır. Onların hücumda sürətli futbolçuları olduğu üçün daha yaxın oynayırlar. “Santyaqo Bernabeu”da 90 dəqiqə bərabər oyun gedir, amma Kataloniyada daha mürəkkəb oyun olur”.

Messi, “kral klubu”nda Eden Hazardın Kriştiano Ronaldonu əvəz edib-edə bilməməsi haqqında da danışıb:

“Hazard istedadlı futbolçudur, o, müdafiənin yükünü azalda bilir. O, Ronaldodan fərqli futbolçudur, fərqli cəhətləri var. Ronaldonu əvəz etmək çox çətindir, amma Eden əla futbolçudur”.

“Barselona” – “Real” matçı sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button