
Ronaldo qələbədən sonra paylaşım etdi – FOTO
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunun “Əl-Taavun” ilə görüşündə (2:1) qazandıqları qələbəni əla komanda işi adlandırıb:
“Liqada zirvə və çox vacib üç xal! Bu, əla komanda işidir”.
“Əl-Nəsr” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə 40 xalla başçılıq edir. “Əl-Taavun” isə 30 xalla 5-ci sırada yer alır.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin