Ronaldodan yeni dünya rekordu

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo 400-cü beynəlxalq matçını keçirib.

Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.

Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldo bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib.

Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub. Onlardan 5-i hazırda karyerasını davam etdirir.

  1. Kristiano Ronaldo (Portuqaliya) – 400 (klubda 205, millidə 195)
  2. İker Kasilyas (İspaniya) – 360 (193, 167)
  3. Canluici Buffon (İtaliya) – 343 (167, 176)
  4. Lionel Messi (Argentina) – 339 (170, 169)
  5. Serxio Ramos (İspaniya) – 331 (151, 180)
  6. Xavi (İspaniya) – 328 (195, 133)
  7. Luka Modriç (Xorvatiya) – 306 (147, 159)
  8. Xavyer Zanetti (Argentina) – 305 (162, 143)
  9. Paolo Maldini (İtaliya) – 301 (175, 126)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button