
Ronaldo: “Oğlumuzu itirdik, amma qızımız sağ qaldı”
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo dünyaya gələn əkizlərindən birinin itkisi ilə bağlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu hadisənin ailəsinə necə təsir etdiyindən danışıb:
“Biz çox çətin bir dövr yaşadıq. Oğlumuzu itirdik, amma qızımız sağ qaldı. Həyatda həm yaxşı, həm də pis anlar olur. Bu, münasibətlərin bir hissəsidir. Düşünürəm ki, həmin dövrdə bizim bağımız daha da gücləndi. Biz hər zaman bir-birimizi dəstəklədik”.
O, əlavə edib ki, bu hadisə ona həyatın mənasını yenidən dərk etməyə kömək göstərib:
“O dövr çox çətin idi, amma eyni zamanda, mənə çox şey öyrətdi. Həyata başqa bucaqdan baxmağı öyrəndim. Qızım indi üç yaşındadır və o, ailəmizin kraliçasıdır, evimizi sevincə bürüyür. Həyatda heç nə təsadüfən baş vermir. Mən buna inanıram və ailəmlə fəxr edirəm”.
Bizi Facebook-da izləyin



