Ronaldodan fantastik göstərici
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo futboldakı uğurları ilə yanaşı, sosial mediada da ön sıralarda qərarlaşıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçunun izləyicilərinin sayı son bir ildə fantastik sürətlə artaraq 422 milyona çatıb. Halbuki, ötən ilin aprelində onun izləyicilərinin sayı 361 milyon idi.
Ronaldo ən yüksək irəliləyişə “İnstaqram”da nail olub. Ötən ilin aprelində onun izləyici sayı 162 milyon idisə, indi bu göstərici 213 milyondu. “Twitter”də say 77 milyondan 83 milyona, “Facebook”da isə 122 milyondan 126 milyona yüksəlib.
Beləliklə, Ronaldo “Facebook” və “İnstaqram”da ən çox izlənilən şəxsdi. O, “Facebook”da 126 milyon göstərici ilə kolumbiyalı müğənni Şakira (99 milyon), amerikalı aktyor Vin Dizel (94 milyon) və repçi Eminemi (82 milyon) geridə qoyur.
“İnstaqram”da 213 milyon izləyici sayı ilə birinci olan Ronaldodan sonrakı yerləri amerikalı müğənnilər Ariana Qrande (181 milyon), Selena Qomes (173 milyon) və aktyor Dueyn Conson (179 milyon) tutur.
PSJ-nin hücumçusu Neymer isə Ronaldodan sonra sosial şəbəkədə ən çox izlənilən ikinci futbolçudu (242 milyon – “İnstaqram”da 137 milyon, “Facebook”da 59 milyon, “Twitter”də 46 milyon).
“Barselona”nın kapitanı Lionel Messiyə gəlincə, onun sosial mediada ümumi izləyici sayı 241 milyondu. Bununla da o, Ronaldodan xeyli fərqlə geridə qalır. “Twitter” hesabı olmayan argentinalının “İnstaqram”da 148 milyon, “Facebook”da 93 milyon izləyicisi var.
Bizi Facebook-da izləyin