
Ronaldodan Ramazan bayram təbriki – FOTO
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı kuboku uğrunda “Əl Vehda” ilə keçiriləcək matçı diqqətə çatdırıb:
“Bütün diqqətimi yarımfinal matçına yönəltmişəm. Bu gün Ramazan bayramını qeyd edən hər kəsi təbrik edirəm”.
Xatırladaq ki, ölkə kubokunun yarımfinal mərhələsinin “Əl Nəsr” – “Əl Vehda” qarşılaşması aprelin 24-də keçiriləcək.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin