DÇ-2022: Santuş Ronaldonu niyə ehtiyatda saxlayıb?

Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş Kriştiano Ronaldo barədə fikir bildirib.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, DÇ-2022-nin 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) 37 yaşlı hücumçu əsas heyətdə meydana çıxmayıb. Onu 21 yaşlı Qonsalo Ramos əvəz edib.

Santuş bu barədə açıqlama verərək, futbolçu ilə aralarında problemin olmadığını deyib:

“Onunla heç bir problemimiz yoxdur. Biz uzun illərdir bir-birimizi tanıyırıq və çox yaxşı anlaşırıq. Məşqçi qərar verməyi bacarmalıdır. Qərarlarım bizim münasibətimizi dəyişməyəcək. Kriştiano əsl kapitandır. O, bunu sübut edib”.

Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button