Ronaldo ən yaxşı seçildi

İtaliya A Seriyasında 2019/20 mövsümünün ən yaxşı komandası, futbolçusu və baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, İtaliya Futbolçular Assosiasiyasının versiyasına görə, ötən mövsümün ən yaxşı komandası “Atalanta”dır. Berqamo təmsilçisi mövsümü 3-cü sırada bitirmişdi.

A Seriyasında ötən mövsümün ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib. Portuqaliyalı hücumçu 31 qolla bombardirlər siyahısında 2-ci olmuşdu.

Ən yaxşı baş məşqçi adına isə “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperini layiq görülüb.

Ötən mövsüm A Seriyasında çempion “Yuventus” olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button