Ronaldo Zidanı Səudiyyə Ərəbistanına aparmağa çalışır

Kriştiano Ronaldo “Əl-Nəsr”ə yeni baş məşqçi seçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Zinəddin Zidanı komandanın “sükanı arxasında” görmək istəyir. 39 yaşlı forvard Zidanın baş məşqçi təyin olunmasında israrlıdır.

Klub külli miqdarda pul yatırıb, amma hələ də özünə çalışdırıcı tapa bilməyib. Bu səbəbdən də, Ronaldo fransalı mütəxəssisi Səudiyyə Ərəbistanında görmək istəyir.

Zidan məşqçilik karyerasında yalnız “Real”da çalışıb. 52 yaşlı mütəxəssis “kral klubu” ilə ardıcıl üç Çempionlar Liqasının qalibi olmaqla tarix yazıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button