Ronaldo “Yuventus”dan ayrılacaq?

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo növbəti mövsümdəki hədəflərini açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu “Yuventus”da qalacağını deyib:

“Mənə görə ilk mövsüm üçün yaxşı nəticələr qazandıq. İtaliya çempionatını və super kubokunun sahibi olduq. Bunları qazanmaq asan deyil. Naliyyətlərlə dolu bir il oldu. Xoşbəxtik. Daha çox titul qazanmaq istərdik, ancaq olmadı.

Növbəti il bizim üçün yeni səhifə açılacaq. Bütün azarkeşlərin bizdən Çempionlar Liqası kubokunu istədiyini bilirik. Növbəti mövsümdə ÇL-i qazanmağa çalışacağıq. Gələcək mövsümdə də “Yuventus”da qalacam”.

“Yuventus” İtaliya A Seriyasında sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button