Ronaldo yenə özünü təriflədi
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir.
Komanda.az xəbər verir ki, Ronaldo “Goal Arab”-a bu barədə belə deyib:
“Mən futbol tarixinin ən yaxşı oyunçusuyam”.
Portuqaliyalı hücumçu karyerası ərzində bir çox şəxsi mükafatlar, o cümlədən beş “qızıl top” qazanıb. O, həmçinin “Real”la 5 dəfə Çempionlar Liqasının qalibi olub.
“Əl-Nəsr”ə qədər o, “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuvenuts”da çıxış edib.
38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı komandasında 8 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin