18 milyon avroluq yeni villa – Nəyə işarədir?

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliyada 18 milyon avroya villa alıb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir  ki, prestijli ərazidə yerləşən ev Portuqaliyanın paytaxtı Lissabondan avtomobillə 40 dəqiqəlik məsafədədir. Sahəsi 2720 kvadratmetr olan malikanə üç mərtəbədən ibarətdir. Ronaldo torpaq sahəsinin alınması və villa tikintisi üçün 18 milyon avro xərcləyib. Villanın 2023-cü ilin əvvəlində istifadəyə hazır olacağı gözlənilir.

Lissabonun yaxınlığında belə bahalı iqamətgahın alınması Ronaldonun yetirməsi olduğu yerli “Sportinq”ə keçməkdə maraqlı olduğuna işarə edir.

Portuqaliyalı forvardın qışda “Mançester Yunayted”i tərk edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button