
Ronaldo virusa yoluxub
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo virusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə “Əl-Nəsr”in mətbuat xidməti məlumat yayıb.
39 yaşlı forvard xəstəlik səbəbindən Asiya Çempionlar Liqasının 1-ci turunda İraqın “Əl-Şorta” klubu ilə səfər matçını buraxacaq.
“Əl-Şorta” – “Əl-Nəsr” oyunu sentyabrın 16-da Bağdadda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin