“Ronaldo uzun müddət kresloda oturmağı sevmir” – Millinin bərbəri
Portuqaliya millisi üçün bərbərlik edən Pedru Vieira, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun saçını necə kəsdiyindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Pedrunun sözlərinə görə, Ronaldo ondan işini yarım saat ərzində görməsini xahiş edib:
“Dieqo Dalot mənə dedi ki, Ronaldonun saçını kəsəcəm, o, növbənin sonuncusudur. Mən Dalotun saçını kəsərkən bir az narahat oldum. O, dedi: “Kriştiano gəlir”. Mən idman zalından gələn zaman onun oxuduğunu eşitdim və düşündüm: “O gəlir, mən həqiqətən də onunla görüşəcəm”. Mən bunu heç vaxt unutmaram. O, dedi: “Cənab, girə bilərəm?” Mən cavab verdim: “Əlbəttə, bu sənin evindir, mənim deyil”. Mən onun saçını təxminən 25 dəqiqədə kəsdim, çünki Kriştiano uzun müddət kresloda oturmağı sevmir. O, soruşdu: “Mənim 30 dəqiqəm var, çatdırarsan?” Mən də dedim ki, “bəli, mən çatdıraram”. Ən yaxşı hiss isə odur ki, Ronaldonun saçını kəsdikdən sonra o, oyunda dubl edir. O zaman çox xoşbəxt hiss edirsiz”.
Ronaldo keçən həftə UEFA Millətlər Liqasının Polşa ilə matçında (5:1) iki qol vurmuşdu.
Bizi Facebook-da izləyin