
Ronaldo: “Tənqid mənə təsir etmir”
Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inin hücumçusu Kriştiano Ronaldo ona qarşı edilən tənqidlərlə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard tənqidlərin ona təsir etmədiyini bildirib:
“İnsanların məndən yenidən şübhələnməsindən sonra uğur qazanmağı xoşlayıram. Tənqid mənə təsir etmir”.
Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 18 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin