
Ronaldo Trampa hədiyyə verib
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo ABŞ prezidenti Donald Trampa hədiyyə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu Trampa imzalı köynək göndərib.
ABŞ prezidentinin köməkçisi Marqot Martin sosial şəbəkədə “Prezident Donald Tramp Kriştiano Ronaldodan köynək alıb” yazıb.
Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusudur. Tərəflər arasında müqavilə bu ayın sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



