“Ronaldo tibb elminə meydan oxuyur”

Sabiq futbolçu Co Koul “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun tibb elminə meydan oxuduğunu söyləyib:

“Ronaldo tibb elminə meydan oxuyur. Yadımdadır, 35 yaşı olanda onun ən azı 40 yaşının ortalarına qədər oynayacağını demişdim. Bir çox insan mənim dəli olduğumu düşünürdü. Amma o, hələ də inanılmazdır”.

Ronaldo bir müddət əvvəl “Əl-Nəsr”lə müqaviləsinin müddətini 2027-ci ilin ortalarına qədər uzadıb. 40 yaşlı forvard, eyni zamanda, hazırda Portuqaliya millisində də çıxış edir. Komanda DÇ-2026-nın seçmə mərhələsində İrlandiya (11 oktyabr) və Macarıstan (14 oktyabr) yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button