“Ronaldo tarixin ən yaxşısıdır” – Məşhur menecer

Məşhur futbol meneceri Jorje Mendeş Kriştiano Ronaldo ilə münasibətindən danışıb.

Komanda.az “Rekord”-a istinadən xəbər verir ki, Mendeş, Ronaldonun tarixin ən yaxşı futbolçusu olduğunu deyib:

“Kriştiano həmişə ürəyimdə olacaq. O, mənim üçün xüsusi oyunçu və insandır. Biz portuqaliyalılar onun kimi oyunçuya sahib olduğumuz üçün fəxr etməliyik. Mən bunu həmişə demişəm və yenə də deyirəm: o, tarixin ən yaxşısıdır, dünyanın ən yaxşısı olub və elə də qalır.

İnsanlar Ronaldinyo və Lionel Messi haqqında danışanda Kriştiano hər şeyə sahib idi. O, virtuoz, partlayıcı idi, maşına çevrildi. İnsanlar heç vaxt onu tarixin ən yaxşısı olmasına gətirib çıxaran proses haqqında düşünməyiblər”.

Mendeş Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçməsinə münasibət bildirməkdən imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button