Ronaldo: “Tarixin ən yaxşısıyam”
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo özünü tarixin ən yaxşı futbolçusu adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu karyerasını neçə qolla bitirməsinin əhəmiyyətli olmadığını deyib:
“920 və ya 925 qolla bitirsəm, mənim üçün fərqi yoxdur. Tarixin ən yaxşısıyam. 1000 qola çatsam əla olar. Yoxdursa, bu da yaxşıdır. Rəqəmlər önəmli deyil”.
Ronaldo 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olmaqla yanaşı, 5 dəfə də “qızıl top” mükafatının sahibidir. İndi onun aktivində 923 qol var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin