
“Ronaldonun dəli olduğunu düşünürdüm!” – Sabiq futbolçu
“Yuventus”un keçmiş futbolçusu Blez Matuidi bir yerdə çıxış etdiyi hücumçu Kriştiano Ronaldonun bir vaxtlar komanda yoldaşlarını necə təəccübləndirdiyini xatırlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Ronaldo təsiredici peşəkardır, işə həvəslidir. A Seriyası oyunundan bir gün sonra, saat ikidə maşınlarımıza doğru getdik. Yorğun idik. Ronaldo Benatianın yanına getdi və onu bərpa seansı üçün idman zalına getməyə inandırdı. Mən onun dəli olduğunu düşünürdüm! Ronaldo budur, onun uğurunun səbəbi budur”.
Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da oynayıb. 40 yaşlı portuqaliyalı forvard hazırda “Əl-Nəsr”də çıxış edir və bu yaxınlarda klubla müqaviləsinin müddətini 2027-ci ilin ortalarına qədər uzadıb.
Bizi Facebook-da izləyin



