Ronaldonun istəyi
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandada qalmaq istəyir.
Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı forvard klubu ilə müqaviləsini 2027-ci ilin əvvəlinə qədər uzatmaq istəyir.
Futbolçu oktyabrda keçiriləcək oyunlar üçün Portuqaliya millisinə getməzdən əvvəl “Əl-Nəsr” rəhbərliyinə istəyini çatdırıb.
Yeni müqavilənin müddəti başa çatdıqdan sonra portuqaliyalı futbolçunun karyerasını başa vuracağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin