“Ronaldo sanki özündən 20 yaş kiçik kimi oynayır” – Millinin baş məşqçisi

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunu tərifləyib:

“Kriştiano Ronaldo həmişə özündən motivasiya alan futbolçudur. O, uzunmüddətli karyerası ərzində həmişə nümunəvi oyun göstərib. Bu həm komanda yoldaşları, həm də rəqiblər üçün nümunədir. Ronaldo sanki özündən 20 yaş kiçik kimi oynayır”.

39 yaşlı hücumçu bu mövsüm 33 oyun keçirib, 30 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button