“Ronaldo haqda sanki hava haqqında danışılırmış kimi danışılır”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın hücumçusu Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Ronaldonun tarix yazan bir futbolçu olduğunu bildirib:

“Ronaldo hələ də millidədir və yüksək səviyyədə olmalıdır. Amma düşünürəm ki, futbolçunun karyerasında hansı mərhələdə olduğunu da düzgün başa düşmək lazımdır. Bir vaxtlar onun əsas üstünlüyü driblinq və son hərəkət idi. İndi isə o, tarix yazan bir futbolçudur.

O, Portuqaliya futbolunun tarixində ən yaxşı oyunçudur və bəlkə də, dünya futbol tarixində ən təsirli simalardan biridir. Ronaldo sadəcə bir futbolçu deyil, o, bir kumirdir.

Onun haqqında həmişə danışılır. Sanki hava haqqında danışılırmış kimi. Hər gün daha da yaxşılaşmaq üçün çalışır. Bu xüsusiyyət gənc futbolçular üçün çox yolgöstərici və motivasiyaedici bir nümunədir”.

Portuqaliya millisi bir neçə gün öncə UEFA Millətlər Liqasının finalnda İspaniya yığmasını məğlub edərək, qızıl medallara sahib çıxıb. Ronaldo bu matçda da fərqlənməyi bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button