Ronaldo ayın ən yaxşısı seçilib

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu mart ayında 3 matçda iştirak edib və 4 qol vurub.

Ronaldo 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir. Ümumilikdə o, bu mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində bütün turnirlərdə 34 oyunda 33 qol vurub və 11 məhsuldar ötürmə edib.

Hazırda “Əl-Nəsr” 25 oyundan 59 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button