“Ronaldo “Real”da daha yaxşı idi” – Pike
“Barselona”nın müdafiəçisi Jerar Pike “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Ronaldonun mərkəz hücumçusu mövqeyində daha effektli olduğunu bildirib:
“Düşünürəm ki, Ronaldo “Mançester Yunayted”də daha çox cinah oyunçusu kimi oynamaq, çıxış etmək istəyir.
“Real”da isə o, mərkəz hücumçusu kimi oynayırdı. Ronaldo İspaniyada çoxlu qollar vurdu və Çempionlar Liqasında, La Liqada kubokların qazanılmasında çox mühüm rol oynadı.
Seçmək çətindir. Amma düşünürəm ki, Ronaldo çoxlu kubok qazandığı “Real”da daha yaxşı idi”.
Pike 2004-2008, Ronaldo isə 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. Daha sonra Ronaldo “Real”a keçib və 2018-ci ilə qədər orada oynayıb. Cari mövsümdən portuqaliyalı futbolçu yenidən “Mançester Yunayted”ə qayıdıb.
Bizi Facebook-da izləyin