Ronaldo “Real”a qayıda bilər

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yenidən “Real”da çıxış edə bilər.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yayda baş tutacaq Klublararası dünya çempionatında oynamaq istəyir. “Əl-Nəsr” turnirə vəsiqə qazana bilməyib və buna görə də forvard Madrid klubu ilə qısamüddətli müqavilə imzalamağı düşünür. İyunun 1-dən iyunun 10-dək FİFA əlavə transfer pəncərəsi açacaq və bu müddət ərzində o, “Real”la turnir müddətində müqavilə imzalaya bilər.

40 yaşlı hücumçu 2009-2018-ci illərdə İspaniya klubunun futbolçusu olub. O, bu müddət ərzində 438 oyun keçirib, 450 qol vurub və 131 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button