
Ronaldo qələbəni belə şərh etdi – FOTO
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun “Əl Raed” ilə oyununu (4:0) dəyərləndirib:
“Böyük qələbədir. Komanda əladır! Azarkeşlərimizə xüsusilə təşəkkür edirəm. Onlar hər zaman olduğu kimi inanılmaz idilər”.
Portuqaliyalı futbolçu qarşılaşmanın 4-cü dəqiqəsində hesabı açıb.
“Əl Nəsr” hazırda ölkə çempionatının turnir cədvəlində 56 xalla ikincidir.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin