
“Biz qalibiyyət yoluna qayıdırıq” – Ronaldo
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 24-cü turu çərçivəsində səfərdə “Əl-Əhli” üzərində qazanılan qələbəni (1:0) şərh edib. Bu görüşdə yeganə qolu portuqaliyalı futbolçu vurub.
Komanda.az xarici KİV-ə istinadəın xəbər verir ki, Ronaldo qalibiyyət yoluna qayıtdıqlarını bildirib:
“Biz qalibiyyət yoluna qayıdırıq. Gedək, komanda!”
“Əl-Nəsr” fevraldan bəri ilk qələbəsini qazanıb. 56 xalı olan komanda Səudiyyə Ərəbistanı çempionatında 2-ci yeri tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin