“Ronaldo “qızıl top”umu oğurladı” – Keçmiş futbolçu
“Real”ın və Braziliya millisinin keçmiş futbolçusu Roberto Karlos 2002-ci ildə “qızıl top”un səsverməsində ikinci yeri tutduğunu xatırladıb.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu, həmyerlisi Ronaldonun “qızıl top”u qazanmasına münasibət bildirərkən müdafiəçi üçün ikinci olmağın inanılmaz nəticə olduğunu bildirib:
“Ronaldoya dedim ki, bu mənim “qızıl top”umdur. Mükafatımı oğurladı. Buna baxmayaraq, müdafiəçi üçün ikinci olmaq inanılmaz nəticədir. Yalnız Frants Bekkenbauer, Yan Sammer və Fabio Kannavaro birinci ola bildi. Beləliklə, ikinci yer əla nəticədir”.
2002-ci ildə Braziliya millisi Almaniyanı məğlub edərək (2:0) dünya çempionu olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin