Ronaldo “qızıl top”dan kənarda qaldı – 20 il sonra
İlin ən yaxşı oyunçusuna verilən “qızıl top” mükafatına namizədlər arasında “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo yer almayıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu 30 nəfərin olduğu siyahıda yer almayb.
Bu, son 20 ildə ilkdir. 38 yaşlı oyunçu sonuncu dəfə 2003-cü ildə namizədlər arasında olmayıb.
Ronaldo 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. O, komandanın heyətində 24 oyunda 20 qol vurub və 7 qolun ötürməsini edib.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da olacaq. Mükafatın son qalibi bu yay “Real”dan ayrılaraq “Əl-İttihad”a keçən Kərim Benzemadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin