Ronaldo qərarsızdır

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasını harada davam etdirəcəyi ilə bağlı hələ də qərar verməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlərdə portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubuyla yeni müqavilə imzalayacağına dair məlumatlar yayılsa da, bu iddialar təkzib olunub.

40 yaşlı forvard “Əl-Nəsr”in təklifinə hələ müsbət cavab verməyib və bütün seçimləri dəyərləndirmək niyyətindədir.

Ronaldo 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub. O, 30 oyunda 25 qolla yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti bir ay sonra başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button