
Ronaldo pokerə imza atdı – VİDEO
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, 38 yaşlı futbolçu ölkə çempionatının 16-cı turu çərçivəsində baş tutan “Əl-Vəhda” ilə matçın iştirakçısı olub.
Start heyətdə meydana çıxan hücumçu sonadək oynayıb. Komandasının bütün qollarını də məhz Ronaldo vurub. O, 21, 40, 51 (pen.) və 61-ci dəqiqələrdə fərqlənib.
Kriştiano poker sayəsində indiyədək çıxış etdiyi ölkə çempionatlarında vurduğu qol sayında 500-ü keçib. Onun bu oyundakı ilk qolu yubiley xarakteri daşıyıb.
Bu nəticədən sonra “Əl-Nəsr” 37 xalla lider olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin