Ronaldo Peleni geridə qoydu

Futbol üzrə Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kristiano Ronaldo qol sayına görə əfsanəvi braziliyalı futbolçu Peleni geridə qoyub.

Komanda.az xəbər verir ki, portuqal futbolçu “Udineze” ilə matçda 757 və 758-ci qolunu vurub.

Ronaldo Lissabonun “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”, həmçinin Portuqaliya yığmasının heyətlərində 1032 matç keçirib.

Pele 812 rəsmi matçda 757 qol vurub. Qolların sayına görə rekord göstərici çex hücumçu Yozef Biçana məxsusdur. O, 1931-ci ildən 1955-ci ilə qədər 759 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button