Ronaldo: “Futbolla vidalaşdıqdan sonra…”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo İspaniyaya çox bağlı olduğunu bildirib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, o, daha çox həmin ölkəyə yatırım edəcəyini vurğulayıb:

“Maliyyə cəhətdən daha çox İspaniyada yatırım edərdim. Həmin ölkəyə çox bağlıyam. İspaniyada evim var. Ümid edirəm ki, gələcəkdə orada yaşayacam. Karyeramı bitirdikdən sonra bu haqda düşünəcəm.

Oyunçu kimi futbolla vidalaşdıqdan sonra futbol klubunun sahibi olmaq istəyirəm”.

Öncədən portuqaliyalı forvard daha 2-3 il futbolçu karyerasına davam edəcəyini bildirmişdi.

Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda forma geyinir. O, 2022/23 mövsümündə Ər-Riyad təmsilçisinin heyətində 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button