Ronaldo niyə özünə klub tapa bilmir? – Bir neçə ciddi SƏBƏB

Portuqaliyalı jurnalist Rikardo Lestre “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun niyə klub tapa bilmədiyini açıqlayıb.

Komanda.az “sport1”-ə istinadən xəbər verir ki, Lestrenin fikrincə, əsas səbəblərdən biri 37 yaşlı portuqaliyalının yalnız bir neçə klubun ödəyə biləcəyi yüksək maaşdır:

“Ronaldonu inteqrasiya etmək üçün klubda çox şey dəyişməlidir. Onun oyunu danılmazdır, lakin Kriştianonun yüksək maaşı və yaşı riskdir. 30 yaşındakı Ronaldo ilə müqavilə bağlamaq ayrı şeydir. 37 yaşındakı Ronaldo hələ də “heyvan”dır, amma bu artıq “Real”dakı Ronaldo deyil. O qədər sürətli deyil, onun oyun tərzi daha proqnozlaşdırıla biləndir.

Ronaldonun varlığı klubun bütün “kimya”sını dəyişir. Onun yüksək maaşı, yaşı və zədə riskinin artması, həmçinin baş məşqçi onu ehtiyat oyunçular skamyasında saxlamağa qərar verərsə, komandadakı mümkün iğtişaşlar klubları qorxudur. Top-klubların bu cür istəksizliyi onun reputasiyasına heç bir xeyir vermədi. Buna görə də, Kriştiano üçün “Mançester Yunayted”də qalmaq, liderliyini sübut etmək və yenidən qəhrəman olmaq daha yaxşıdır”.

Bundan əvvəl Ronaldonun Çempionlar Liqasında çıxış edəcək komandada oynamaq üçün “Mançester Yunayted”i tərk etmək istədiyi bildirilirdi.

Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button