Ronaldo məşqlərə başlayıb

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo xəstəlikdən sonra məşq edir.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında məlumat verib.

Məşqçilər heyəti Ronaldoya virus infeksiyası səbəbindən istirahət vermişdi. O, komandasının kral kubokunda “Əl-Həza” ilə son oyununu (2:1) buraxıb.

39 yaşlı forvard Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 4 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Əl-Nəsr”lə müqaviləsi gələn ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button