“Ronaldo məşqdə ona görə dəli olurdu” – Keçmiş futbolçu
“Real”ın sabiq yarımmüdafiəçisi Rafael van der Vart keçmiş komanda yoldaşı Royston Drente haqda danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, Niderland millisinin keçmiş üzvü Drentenin ölkəsinin ən yaxşı sol cinah müdafiəçisi olduğunu bildirib:
“Düşünürəm ki, Drente Niderlandın indiyə qədər sahib olduğu ən yaxşı sol cinah müdafiəçisidir. Eqosunu, küçə futboluna olan sevgisini bir kənara qoysaydı, yenə də millidə oynayacaqdı.
Məşqdə Kriştiano Ronaldoya qarşı oynamaqdan həzz alırdı. Bu, onun üçün bir sınaq idi. O, daim soruşurdu: “Kriştiano? O kimdir? Ronaldo məşqdə ona görə dəli olurdu. Royston sürətli, çevik və texnikalı idi”
Drente noyabrın 17-də təqaüdə çıxdığını elan edib. Bu ilin aprelində onun 36 yaşı tamam olub. Niderlandlı sabiq futbolçu 2007-2012-ci illərdə “kral klubu”nda çıxış edib.
Bizi Facebook-da izləyin