Ronaldo qəzada ölən futbolçu haqda: “Az öncə biz millidə birlikdə idik”

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yığmadakı komanda yoldaşı Dioqo Jotanın və onun kiçik qardaşı Andre Silvanın faciəvi şəkildə avtomobil qəzasında həlak olması ilə bağlı sosial media hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu, paylaşımında bunun ağıla sığmadığını bildirib:

“Bu, ağıla sığmır. Az öncə biz millidə birlikdə idik, sonra sən evləndin. Ailənizə, həyat yoldaşınıza və uşaqlarınıza bütün dünyanın gücünü və dözümünü arzu edirəm. Bilirəm ki, siz həmişə onların yanında olacaqsız.

Ruhunuz şad olsun, Dioqo və Andre. Hamımız sizin üçün çox darıxacağıq”.

Dünən “Liverpul”un hücumçusu Dioqo Jota və onun qardaşı Andre Silva İspaniyada baş vermiş avtomobil qəzasında həyatlarını itiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button